idman

"Qalatasaray" İngiltərə klublarından 2 futbolçu transfer edib - FOTO

  • 29 Jul 2017
  • 265 baxış

Türkiyənin "Qalatasaray" klubu İngiltərə Premyer Liqasından 2 futbolçu transfer edib.

XalqTV.com  "Report"a istinadən bildirir ki, bunlar hücumçu Sofian Fequli və dayaq yarımmüdafiəçisi Fernando Fransisko Rejesdir.
Onlarla müvafiq olaraq 3+1 illik və 3 illik müqavilə bağlanıb. Fequliyə təminat məbləği kimi 3,8 milyon avro, klubu "Vest Hem"ə 4,5 milyon avro, Fernandoya 3 milyon avro, klubu "Mançester Siti"yə 5,25 milyon avro ödəniləcək. Onlar iyulun 30-dək İstanbula gəlib tibbi müayinədən keçərək, rəsmi müqaviləyə imza atacaqlar. Futbolçular daha sonra "sarı-qırmızılar"ın Avstriyadakı təlim-məşq toplanışına yollanacaqlar.
Əlcəzair millisinin üzvü olan Sofian Fequli 22 dekabr 1989-cu ildə Fransada dünyaya gəlib. Oyun tərzi baxımından Zinəddin Zidana bənzədiyindən ona "Yeni Zidan" ləqəbi verilib. Fequli Fransanın "Qrenobl", İspaniyanın "Valensiya" və "Almeriya" klublarında da forma geyinib. Braziliyalı Fernando Fransisko Rejesin isə 30 yaşı 3 gün əvvəl tamamlanıb. O, Braziliyanın "Vila Nova", Portuqaliyanın "Portu" və "Eştrela" komandalarında da çıxış edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-4907-qalatasaray-ingiltere-klublarindan-2-futbolcu-transfer-edib---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11