idman
Arda Turan "Qalatasaray"a keçir?
"Qalatasaray" klubu "Arsenal"ın uzun müddətdir maraq dairəsində saxladığı Arda Turanı transfer etməyə çox yaxındır.
XalqTV.com xarici KİV-ə istinadla bildirir ki, İstanbul klubu ulduz oyunçuya ildə 4 milyon avro təklif edib. Ardanın bu təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, türkiyəli oyunçu "Qalatasaray" yetirməsidir və 2004-2011-ci illərdə "sarı-qırmızılar"da çıxış edib. 2011-ci ildə 15 milyon avroya Madrid "Atletiko"suna transfer olan Arda 2015-ci ildə "Barselona"ya keçmişdi.
Adil Nəcəfov
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR








