Dünya
Latviya idmançısı yeniyetmələr arasında atıcılıq üzrə Avropa çempionatının qalibi oldu
Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının 25 metr məsafəyə yeniyetmələr arasında tapança ilə atəş açma yarışının qalibi Latviya idmançısı olub.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, rəqiblərindən daha dəqiq atan latviyalı Ernests Erbs 583 xalla birinci olub.
Fransa idmançısı Eduard Dortomb 575 xalla ikinci, Rusiya təmsilçisi Daniil Şıxov isə 574 xalla üçüncü olub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR