idman

Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı

  • 29 Jul 2017
  • 286 baxış

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" oyunu öncəsi keçiriləcək mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan və Moldova çempionlarının avqustun 1-də baş tutacaq qarşılaşmadan bir gün öncə hər iki komandanın çalışdırıcısı jurnalistlər önünə çıxacaq.

"Şerif"in baş məşqçisi Roberto Bordini və komandanın kapitanı Mateo Suşiç Bakı vaxtı ilə saat 15:00-da konfransa qatılacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə saat 20:30-da "Şerif" İdman Kompleksinin konfrans zalında sualları cavablandıracaq.

Saat 20:00-da meydan sahibləri, 21:00-da isə Azərbaycan çempionu oyunöncəsi məşqə çıxacaq. Hər iki komandanın hazırlığının ilk 15 dəqiqəsi KİV üçün açıq olacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-4929-qurban-qurbanovun-tiraspoldaki-metbuat-konfransinin-vaxti-aciqlandi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11