Dünya
Fransada soyuducu yük maşınında 26 miqrant aşkarlandı
Fransanın şimalında xilasedici xidmətin əməkdaşları tərəfindən soyuducu yük maşınında 26 miqrant aşkarlanıb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası xəbər verib.
Məlumata görə, miqrantlar arasında 2 yaşlı körpə olub. Onun anası ilə birgə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Miqrantlar La-Manş tuneli vasitəsi ilə Fransadan Böyük Britaniyaya keçməyə cəhd edərkən saxlanılıblar.
XalqTV.com
RƏYLƏR