Dünya

Türkiyədə iki məşhur gecə klubu atəşə tutulub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

  • 30 Jul 2017
  • 233 baxış

Türkiyənin məşhur tətil bölgəsi Bodrumda yanbayan yerləşən iki gecə klubuna hücum olub.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, ötən gecə yerli vaxtla saat 03.00 radələrində üzərində iki tapança olan bir şəxs Bodrumun Göltürkbükü məhəlləsində yerləşən məşhur "Çilek Beach Club" və "Sess Beach Club" gecə klublarına yaxınlaşıb, atəş açmağa başlayıb.

Gecə klublarında 400-ə qədər insan olub. Nəticədə 18 yaşlı Furkan Say adlı şəxs ölüb, 4 nəfər yaralanıb. Cinayətkar gəldiyi avtomobilə hadisə yerindən qaçıb.
 
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR