Dünya

"Şimali Koreya ətrafında söhbətlərə son qoyulmalıdır"

  • 30 Jul 2017
  • 256 baxış

Şimali Koreya ətrafında söhbətlərə son qoyub hərəkətə keçmək lazımdır.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli özünün "Tvitter" hesabında yazıb.

"Şimali Koreya ətrafında söhbətlərə son qoyub hərəkətə keçmək lazımdır. Çin fəal olmalı, Yaponiya və Cənubi Koreya rəsmi Pxenyana qarşı təzyiqləri artırılmalıdır. Bu, tək ABŞ-ın problemi deyil", N.Heyli qeyd edib.
 
İyulun 29-da Şimali Koreya qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.  

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR