idman
"Barselona" da UEFA-ya şikayət etmək fikrindədir
"Barselona" rəhbərliyi PSG klubundan UEFA-ya şikayət edəcək.
Fövqəladə Hallar Nazirliyindən XalqTV.com-a verilən məlumata görə, katalonlar qarşı tərəfin Neymarın buraxılış qiyməti - 222 milyon avronu ödəyəcəyi halda bu addımı atacaq. "Barselona" Paris klubunun "Financial fair play" qaydalarına məhəl qoymadığını düşünür. İspaniya nəhəngi belə güman edir ki, heç bir klub daxili vəsaiti hesabına brazilityalı ulduzu transfer edə bilməz. PSG-nin Fransa banklarına kredit üçün müraciəti isə "Fianancial fair play"ə ziddir. İyulun 28-də La Liqa prezidenti Xavyer Tebas da oxşar təşəbbüslə çıxış etmişdi.
PSG Neymarı transfer etsə belə, bir neçə futbolçusunu 110 milyon avroya satmalıdır. Əks halda, klubu cəza gözləyəcək.
XalqTV.com
RƏYLƏR








