Dünya
Hindistanda 200-dən çox adam DAŞQININ qurbanı oldu
Hindistanın Qucarat ştatında musson yağışların səbəb olduğu daşqınlar nəticəsində 216 nəfər həlak olub.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, şiddətli yağıntılar ştat ərazisində bir həftədən çoxdur ki, davam edir.
Bu müddət ərzində 18 min adam seldən xilas olunub. 112 min nəfər düzənlik bölgələrdən təxliyə edilib.
Hazırda sel sularının azalmağa başladığı qeyd olunur. Xilasedicilər daha çox meyitin tapıla biləcəyini istisna etmir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR