Dünya

Əfqanıstanda İraq səfirliyi yaxınlığında atışma baş verib

  • 01 Aug 2017
  • 310 baxış

Əfqanıstanın paytaxtı Kabildə İraq səfirliyinə yaxınlığında baş vermiş canlı bomba hücumundan sonra təhlükəsizlik qüvvələri və silahlılar arasında atışma baş verib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, səfirliyin darvazası önündə canlı bomba özünü partladdıqdan sonra üç silahlı içəriyə daxil olub.

Özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bir neçə saat çəkən atışmadan sonra, Əfqanıstan hakimiyyəti hücumun sona çatdığını və silahlıların öldürüldüyünü deyib.

İraq səfirliyi Kabilin mərkəzi Şər-e-Nav məhəlləsində yerləşir. Bu il şəhər İŞİD və Talibanın həyata keçirdiyi bir neçə ölümcül hücumların hədəfi olub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-5050-efqanistanda-iraq-sefirliyi-yaxinliginda-atishma-bash-verib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11