İqtisadiyyat

Manat 4% bahalaşıb

  • 01 Aug 2017
  • 331 baxış

Bu ilin əvvəlindən manat dollara nisbətən 3,94% möhkəmlənib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, cari ilin ilk iş günündə 1,7707 manat olan 1 dollar bu gün 1,7009 manat səviyyəsindədir.

İl ərzində dolların məzənnəsi ilk dəfə olaraq bu həddədək geriləyib. Qeyd edək ki, dollar manata nisbətən iyulun 5-dən etibarən ucuzlaşmağa başlayıb. Həmin gün dolların məzənnəsi 1,7022 manat olub. Ümumiyyətlə, iyulda dollar manata nisbətən 0,07% zəifləyib.

Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərin təhlili göstərir ki, dolların məzənnəsi 2016-cı ilin noyabr ayının 15-dən qeydə alınan minimuma yaxındır. Belə ki, həmin gün USD/AZN rəsmi məzənnəsi 1,6954 səviyyəsində idi.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-5067-manat-4--bahalashib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11