SAĞLAMLIQ

Hamilə olduğunu uşaq doğulanda bildi - İNANILMAZ HADİSƏ

  • 01 Aug 2017
  • 279 baxış

Təxminən hər 2500 hamiləlikdən birində qadın hamilə olduğundan xəbərsiz olur. Hətta qadın hamilə olduğunu son anda, yəni doğuş zamanı bilir. Bəlkə də inanmayacaqsınız, amma tibdə buna "hamiləlik inkarı" deyilir. Türkiyəli həkim Gökben Hızlı Sayar qadınların yaşadığı bu heyrətamiz halla bağlı geniş məlumat verib.

XalqTV.com xəbərverir ki, lent.az həkimin fikirlərini diqqətinizə çatdırır: "Hamiləlik inkarı və ya "fərqinə varılmayan hamiləlik" qadının və ətrafının irəliləyən hamiləlikdən xəbərinin olmamasıdır. Adətən qadınlar bundan 20 həftədən sonra qarın ağrısı, menstruasiya olmamaq şikayəti ilə həkimə getdikdə xəbər tuturlar. Hətta elə qadın var ki, hamiləliyini heç gözləmədiyi zaman erkən doğuş baş verdikdə bilir. Belə qadınların hamilə olduğunu fiziki quruluşlarından da təxmin etmək olmur. Bu, təxminən 2500 hamiləlikdən birində rastlanır və yaşından, işindən, sosial vəziyyətindən, təhsilindən asılı olmayaraq istənilən qadın bu halla qarşılaşa bilər".

G.Sayar bu vəziyyətin heç bir psixi halla bağlı olmadığını bildirir: "Bu, hansısa psixiatrik xəstəliklə bağlı deyil. Psixoz, zəka geriliyi kimi zehni fəaliyyəti pozan bir vəziyyətə aid deyil. Fərqində olmadıqları hamiləlikdən əlavə bu qadınlar gündəlik həyatlarını normal vəziyyətdə davam etdirirlər. Qadın kilo almır, bəzən menstruasiya da ola bilir. Uşağın bətndəki hərəkətlərini hiss etdikdə isə qadın bunun başqa səbəbi olduğunu düşünür. Bəzən qadın mədəsi qıcqırdığına görə müayinə olunduqda həkim də bunun hamiləlik ola biləcəyini ağlına gətirmir və bu halı gözdən qaçırır".
 
Həkim deyir ki, "gizlənən hamiləlik" həm ana, həm də uşaq üçün riskdir. Hamiləlikdə lazım olan tibbi yoxlamaların olmaması, hamilə olduğunu bilməyən qadının pis qidalanması, spirtli içki, siqaret istifadə etməsi, doğuşun hazırlıqsız formada başlayıb uyğun olmayan şərtlərdə həyata keçməsi onların hər ikisi üçün böyük risk daşıyır: "Bütün bu təhlükəli tibbi vəziyyətlərlə bərabər, ananın və ətrafındakıların da verdiyi reaksiya təhlükəli ola bilər. Belə qadınlara tibbi və psixoloji yardım göstərilməlidir". 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO