SAĞLAMLIQ

Öd kisəsində diskineziya ağrıları

  • 01 Aug 2017
  • 366 baxış

Öd kisəsində diskineziyalar sağ qabırğa altına və qarının sağ yarısında tez-tez əmələ gələn, tutmaşəkilli ağrılarla xarakterizə olunur.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, ağrı sindromu adətən pəhriz pozğunluğundan və psixi-emosional gərginlikdən sonra meydana çıxır. Ağrılar qəfildən başlayır və artır. Ağrılar yeməkdən bir saat və daha çox sonra əmələ gəlir və güclənir. Öd kisəsi xəstələrində ağrılar aşağıdakı qidaların qəbulundan sonra başlayır:
- yağlı
- kəskin
- soyuq xörəklər
- ağır xörəklər.
Xəstələrin çoxu ürək nahiyyəsində ağrının və ürəkdöyünmənin olmasından şikayət edirlər. Ağrılar sağ kürəyə, çiyinə irradiasiya edə bilir. Bəzən ağrı tutmaları ürəkbulanma,qusma,bağırsağın funksional pozğunluqları,qəbizlik ilə müşayət olunur. Bəzən belə xəstələrdə aşağıdakı əlamətlər də özünü göstərir:
- hipotenziya
- ürəkdöyünmə
- artmış qıcıqlılıq
- yuxunun pozulması
- çox tərləmə
- baş ağrıları.
Öd kisəsi diskineziyası zamanı həzm orqanlarının digər funksional dəyişikliklərinə də rast gəlmək mümkündür. Bunlara aiddir:
- pilorospazm
- mədənin hipokineziyası
- duodenostos
- yoğun bağırsağın hipo-hiperkineziyası.
Obyektiv müayinədə öd kisəsi nahiyyəsində ağırlıq hiss edilir. Ağrı tutmalarından sonra bir müddət sağ qabırğaaıtı nahiyyədə ağırlıq hissi qalır. Ağrı tutmaları deşici və güclü olur. Xəstələr çox vaxt iştahanın azalmasından, hava ilə gəyirmədən və ağızda acılıq hissindən şikayət edirlər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO