Dünya
Təyyarə çimərliyə endi - 50 yaşlı kişi və 8 yaşlı qız təkər altında qalaraq ölüblər - FOTO
Portuqaliyada Lissabon şəhərinin yaxınlığındakı "Kosta da Kaparika" çimərliyində bədbəxt hadisə baş verib.
XalqTV.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Cessna" tipli kiçik mühərrikli təyyarə texnik nasazlıq səbəbindən çimərliyə məcburi eniş edib.
Bu zaman çimərlikdə istirahət edən 50 yaşlı bir kişi və 8 yaşlı bir qız təyyarənin təkəri altında qalaraq ölüblər.
Təyyarədəki 2 pilot polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
XalqTV.com
RƏYLƏR