Dünya

Sizcə, bu xanımın neçə yaşı var? - FOTO

  • 04 Aug 2017
  • 246 baxış

Yaşımla bağlı həmişə yanlış təxminlərlə qarşılaşıram. Az adam gördüm ki, yaşımı dəqiq olmasa da, təxmini söyləyə bilsin.

İtalyan aktrisa və teleaparıcı Pamela Prati belə deyir. O, yaşına rəğmən çox gənc xanım təsiri bağışlayır.

XalqTV.com İld Giornale-yə istinadən bildirir ki, 58 yaşlı Pamela Prati İnstagram-ın populyar simalarından biridir. Profilinin 125 mindən artıq daimi təqibçisi olan aktrisanın sözlərinə görə, gözəlliyinin və gümrahlığının sirri sağlam qidalanma, bir də müntəzəm idmandır.

"Görənlər 20 yaşda olduğumu düşünürlər. Halbuki iki il sonra 60 yaşım olacaq", - Pamela Prati gülərək deyib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR