Dünya

Keçmiş nazirin qızı özünü otel binasından atdı - ŞOK İDDİA - VİDEO

  • 04 Aug 2017
  • 240 baxış

Keçmiş sənaye və ticarət naziri Çilingiroğlunun (51) qızı faciəvi şəkildə ölüb.

XalqTV.com Milliyet-ə istinadən xəbər verir ki, keçmiş sənaye və ticarət naziri Çilingiroğlunun Vaşinqtonda doğulan qızı Ümid Makbule Çilingiroğlu (51) İstanbulun Levent rayonunda otel olaraq da istifadə edilən bir biznes mərkəzinin 19-cu mərtəbəsindən düşərək həyatını itirib. 

Hadisə bu ilin avqustun 1-də baş verib. 1971-ci ildə Nihat Erim hökumətində xidmət edən Türkiyənin ilk sənaye və ticarət naziri Ayhan Çilingiroğlunun qızı Ümid Makbule cəsədini saat 17:00 radələrində küveytli bir turist görərək otel rəhbərliyinə xəbər verib. Hadisə yerinə təcili yardım və polis qrupu çağırılıb. Çilingiroğlunun həyatını itirdiyi məlum olub. Polisə ifadə verən ana Mediha Çilingiroğlu "Son zamanlarda depressiyada idi. 31 iyulda Ankaradan İstanbula gəldi. Digər qızımdan olan xəstə bir nəvəm var. Bu nəvəmlə maraqlanırdı və onun düşdüyü vəziyyətdən çox pis olurdu" deyib.

Çilingiroğlunun kiminsə tərəfindənmi atıldığı, yoxsa intiharmı etdiyi araşdırılır.

Təhməz Təkin
XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR