İqtisadiyyat

Rusiya iqtisadiyyatının bərpası region ölkələrinə müsbət təsir edəcək - AMB

  • 05 Aug 2017
  • 301 baxış

Azərbaycanın ticarət tərəfdaşlarının bir çoxunun yer aldığı MDB ölkələrində iqtisadi proqnozlar ötən illə müqayisədə yaxşılaşıb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında qeyd olunub.

İcmalda vurğulanıb ki, 2017-ci ildə bu ölkələr qrupu üzrə ümumi artımın 1,7% olacağı proqnozlaşdırılır.

"Son 2 ildə resessiya yaşayan Rusiyanın 2017-ci ildə 1,4%-lik artımla tənəzzül zolağından çıxacağı gözlənilir. Yaxşılaşan maliyyə şəraiti, məcmu tələbin canlanması və stabil neft-qaz qiymətləri iqtisadi dirçəlişi şərtləndirən əsas amillərdir. Rusiyadakı bərpa prosesinin investisiya, ticarət kanalları və pul baratları vasitəsilə digər region ölkələrinə də müsbət təsir göstərəcəyi ehtimal olunur", - sənəddə qeyd edilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-5250-rusiya-iqtisadiyyatinin-berpasi-region-olkelerine-musbet-tesir-edecek---amb..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11