Dünya

Ağcaqanadlardan qurtulmaq üçün sadə, effektiv üsul - VİDEO - FOTO

  • 06 Aug 2017
  • 256 baxış

Amerikalı Den Rohas moskitlərdən və ağcaqanadlardan qurtulmaq üçün sadə, ucuz və effektiv metod fikirləşib.

XalqTV.com bildirir ki, o, pitbull cinsindən olan Rokki adlı itinin qəfəsinin iki tərəfinə sənaye ventilyatorları qoyub, sonra həmin ventilyatorların bir tərəfinə narın hücrəli tor çəkib.

Ağcaqanadları insanların və heyvanların tənəffüsü zamanı ayrılan karbon qazı cəlb etdiyindən həşəratlar ventilyatora tərəf uçmağa başlayıblar.

"Tələ"ni daha effektiv etmək üçün mineral sudan da istifadə etmək olar. Mineral su olan butulkanın ağzını açıq qoysanız o, ağcaqanadları cəlb edəcək", - D.Rohas söyləyib.

Den Rohasın dediyinə görə, bu minvalla gün ərzində ən azı 8 min ağcaqanad öldürür.

O, torun üzərindəki spirtin buxarlandığını və zərərsiz olduğunu deyib.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR