Dünya

Parisdə təşviş: bıçaqla silahlanıb Eyfel qülləsinə qalxmaq istədi

  • 06 Aug 2017
  • 252 baxış

Parisdə üzərində bıçaq olan şəxsin Eyfel qülləsinə çıxmasının qarşısı alınıb.

APA-nın "France Info" radoistansiyasına istinadən verdiyi məlumata görə, avqustun 5-də yerli vaxtla saat 23.30 radələrində bıçaqla silahlanmış kişi Eyfel qülləsi qarşısındakı polis nəzarət məntəqəsini keçməyə cəhd göstərib.

Polis dərhal həmin şəxsi zərərsizləşdirib. Olaydan sonra Eyfel qülləsindəki ziyarətçilər evakuasiya edilib, polis və minaaxtaranlar qüllənin bütün mərtəbələrini yoxlayıb. Qüllədə hər hansı şübhəli əşya aşkarlanmayıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR