Dünya

Bu gün "Eurovision-2017"nin qalibi məlum olacaq

  • 13 May 2017
  • 227 baxış

Bu gün Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, iki yarımfinalın nəticəsinə uyğun olaraq, finalda 26 ifaçı mübarizə aparacaq.
 
Bukmekerlər İtaliyanın təmsilçisi Françesko Qabbaninin qələbəsini proqnozlaşdırırlar. Onların proqnozuna görə, ikinici yeri Portuqaliya, üçüncü yeri isə Bolqarıstan təmsilçiləri tutacaq.
 
Bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.
 
Final şousu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.
 
Qeyd edək ki, Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR