SAĞLAMLIQ

Ağız suyu vəzilərinin funksiyası

  • 06 Aug 2017
  • 372 baxış

Ağız suyu vəzilərinin 2 funksiyası vardır:
- sekretor funksiya
- inkretor funksiya.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, sekretor fəaliyyətin məhsulu ağız suyu qidanı islatmaqla udma aktını asanlaşdırır. Ağız suyunun tərkibində polisaxaridləri hidrolitik yolla parçalamaq qabiliyyətinə malik olan ferment - amilaza olur. Bundan əlavə ağız suyunda aşağıdakı fermentlər var:
- lizosim
- karbonhidraza
- nukleaza
- fosfataza
- peroksidaza.
Bu fermentlərin bir hissəsi orqanizmə zərərli maddələrin daxil olmasının qarşısını alır, amma bəzilərinin bioloji rolu hələ də aydınlaşmayıb. Məsələn, lizosim bir sıra mikroorqanizmləri, nukleazalar isə virusları parçalamaq qabiliyyətinə malikdir.
Normal şəraitdə insanın ağız suyu vəziləri gündə 1-2 litr şirə ifraz edir. Ağız suyunun ifrazının artmasına hipersalivasiya, azalmasına isə hiposalivasiya deyilir.
Hipersalivasiya sekretor sinirlərin bilavasitə və ya reflektor yolla qıcıqlanması hesabına baş verir. Buna aşağıdakı hallarda rast gəlinir:
- bulbar iflic
- stomatit
- qinqvit
- mədənin selikli qişalarının iltihabı
- qida borusu xəstəlikləri
- qurd xəstəlikləri
- hamiləlik toksikozları
- vegetativ zəhərlərlə zəhərlənmə.
Hiposalivasiya isə çox vaxt orqanizmin susuzlaşması səbəbli baş verir. Bu adətən şiddətli tərləmə və ishal zamanı baş verir. Bəzən parasimpatik sinir sisteminin xəstəlikləri də ağız suyu ifrazının azalmasına səbəb olur. Hiposalivasiyaya aşağıdakı xəstəliklər səbəb ola bilir:
- parotit
- emosiona stress
- ishal
- ağız suyu vəzilərinin şiş xəstəlikləri
- vəzləri axacağının daşla tutulması.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO