Dünya

Vyetnamda daşqınlar: daha 16 cəsəd aşkar edilib

  • 06 Aug 2017
  • 285 baxış

Vyetnamın 4 vilayətində son 3 gün ərzində daha 16 cəsədin aşkar edilməsi ilə daşqınlarda ölənlərin sayı 23-ə çatıb.

Güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər itkindir. 21 adam xəsarət alıb.

XalqTV.com "Amerikanın səsi"nə istinadən bildirir ki, Təbii Fəlakətlər Komitəsinin bildirdiyinə görə, sellər 228 evi dağıdıb, yollar, məhsul sahələri və suvarma sistemlərini sıradan çıxarıb.

Axtarış və xilasetmə əməliyyatlarına 5 min əsgər, polis və könüllülər cəlb edilib.

Vyetnamda hər il təbii fəlakətlər səbəbi ilə yüzlərlə insan həyatını itirir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-5321-vyetnamda-dashqinlar--daha-16-cesed-ashkar-edilib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11