SAĞLAMLIQ

Öd daşları və onların növləri

  • 06 Aug 2017
  • 295 baxış

Öd daşları tərkiblərinə görə bir-birindən fərqlənir.
Radiar xolesterin daşları.
Radiar xolesterin daşları kürə və ya oval şəklində olur.Onların en kəsiyində radial istiqamətli kobud xətlər nəzərə çarpır. Bəzən xətlər daşın mərkəzində piqmentdən və kalsium duzlarından ibarət olan kristallaşma nüvəsinin ətrafında bir-birilə kəsişir. Lakin çox vaxt kristallaşmanın özəyi olmur. Bu daşlar ödün tərkibində olan xolesterinin çöküntüyə keçməsi nəticəsində əmələ gəlir.
Qarışıq xolesterin-duz daşları.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, bu daşlar öd kisəsinin və öd yollarının iltihabi nəticəsində əmələ gəlir. Onların koaqulyasiyaya uğramış zülalları ödün tərkibinə keçir. Bu zaman özəyi xolesterindən olan üzərində konsentrik dairələr şəklində başqa maddələr yerləşən daşlar əmələ gəlir.
Piqment daşları.
Bu daşların rəngi tünd olur, ölçüləri iri olmur. Onlar nadir hallarda öd kisəsində və ya öd yollarında əmələ gəlirlər. Bu daşların tərkibi əsasən bilirubindən ibarət olur.
Əhəng daşları.
Bu daşlar nekrozlaşmış hüceyrələrin və ya koaqulyasiyaya uğramış zülalların üzərinə çökən kalsium duzlarından ibarətdir.
Piqment-əhəng daşı
Bu daşlar zülal təbiətli nüvədən, öd piqmentlərindən, kalsium duzlarından və az miqdar misdən ibarətdir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO