İqtisadiyyat

Maşın bazarında son vəziyyət - VİDEO

  • 06 Aug 2017
  • 320 baxış

Bazarda həm benzinlə, həm də dizellə işləyən avtomobillərin qiyməti artıb. Bununla yanaşı, son vaxtlar alıcı qıtlığı yaranıb.

XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, elə çəkiliş zamanı da bazardakı vəziyyətin həqiqətən də yaxşı olmadığının şahidi olduq. Satıcılar deyir ki, Aİ-92 markalı yanacağın qiyməti qalxandan sonra dizellə işləyən avtomobillərə tələbat çoxaldığından, bu avtomobillərin qiyməti artıb. Benzinlə işləyən maşınlar artıq çox alınmadığından qiymətin ucuzlaşacağı gözlənilsə də, əksinə olub. Bu avtomobillərin də qiyməti bahalaşıb.
Qiymət artımı həm xarici, həm də Rusiya isehsalı olan avtomobilərdə özünü göstərir.
Satıcılar benzinlə işləyən avtomobillərin qiymətinin qalxmasını müxtəlif səbəblərlə izah edirlər.
Satıcıların sözlərinə görə, qiymətdə yenidən artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə bilinəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-5328-mashin-bazarinda-son-veziyyet---video..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11