idman
"Rayolanın digər futbolçuları ilə danışıqları istisna etmirəm"
"Milan"ın idman direktoru Massimiliano Mirabelli futbol agenti Rayola barədə fikir bildirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italiyalı funksioner bunları deyib:
"Rayola ən gücülü futbol agentlərindən biridir. Biz Donnarummanın yeni müqavilə imzalaması ətrafında müzakirə aparırdıq. Onun futbolçuları ilə əlaqədar dəyirmi masa arxasında oturmağın necə çətin iş olduğunu bilirdik. Amma o da bizimlə danışıq aparmağın asan olmadığından xəbərdar idi. Rayolanın digər futbolçuları ilə bağlı danışıqları istisna etmirəm".
İtaliya mətbuatı "Rayolanın digər futbolçuları" ifadəsi altında Zlatan İbrahimoviçin nəzərdə tutulduğunu iddia edir. İsveçli ulduz hazırda zədəsini sağaltmaqla məşğuldur və azad agent statusuna malikdir.
XalqTV.com
RƏYLƏR








