idman

"Onunla qardaşıq, sadəcə soyadımız eyni deyil"

  • 07 Aug 2017
  • 286 baxış

"Trabzonspor" yeni transferi Burak Yılmazı publikaya təqdim edib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu mətbuat konfransında bunları deyib:

"Keçmişə fikir vermədən özümü yenidən göstərmək istəyirəm. Yenidən çempionluq yaşamaq arzusundayam. "Beijing Guoan"dan ayrılmaq qərarını "Trabzonspor"un yeni stadionunun açılışına gələndə qəbul etmişdim. Prezidentimiz "Səni transfer edəcəm" - dedi. Gözəl qarşılandım. Selçuk İnan? Onunla dost yox, qardaşıq. Sadəcə soyadımız eyni deyil. O, indi başqa klubdadır. Alınsa, onunla yenidən birlikdə oynamaq istərəm. Konkret hədəfim yoxdur, bacardığım qədər qollar vuracam.

Luçesku? Milli komandanın baş məşqçisi haqqında danışmaq istəmirəm. Çindən Türkiyə Superliqasının oyunları izləyirdim. Ölkələr arasında 5 saatlıq fərq var. Azarkeşlərimizə bir şey demək istəyirəm. 2010/11 mövsümündə qalıb digər mövsümləri unutmayaq. 17 nömrəli formanı geyinəcəm. Mənə "Trabzonspor"dan başqa klubdan da təklif gəldi. Amma adını açıqlamaq istəmirəm".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-5348-onunla-qardashiq--sadece-soyadimiz-eyni-deyil..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11