İqtisadiyyat

Menecer: "TAP-ın dənizdən keçən hissəsinin tikintisi 2018-ci ildə başlayacaq"

  • 08 Aug 2017
  • 309 baxış

Transadriatik boru kəmərinin (TAP) dənizdən keçən hissəsinin tikintisinin 2018-ci ildən başlaması planlaşdırılır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu TAP konsorsiumunun Albaniya üzrə meneceri Şkelqima Bozqo deyib.

Onun sözlərinə görə, Albaniya ərazisində boru kəmərinin tikintisinin 50 faizə yaxını başa çatıb: "TAP-ın Albaniyada tikintisinə qoyulan investisiyaların ümumi həcmi 1,5 milyard avro təşkil edəcək. 2017 və 2018-ci illər layihənin reallaşdırılması üzrə ən intensiv dövr olacaq. Bu iki il ərzində layihəyə qoyulan investisiya 600 milyon dollara bərabər olacaq".

O qeyd edib ki, 2019-cu ildə boru kəmərinin sınağının keçirilməsi və daha sonra istismara verilməsi planlaşdırılır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-5410-menecer--tap-in-denizden-kecen-hissesinin-tikintisi-2018-ci-ilde-bashlayacaq..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11