Dünya

1,2 milyardlıq oyun

  • 08 Aug 2017
  • 275 baxış

Bu gün UEFA superkubokunun yeni qalibinin adına aydınlıq gələcək.

Makedoniyanın paytaxtı Skopyedə, "2-ci Filip" stadionunda baş tutacaq oyunda Çempionlar Liqasının son qalibi "Real" və Avropa Liqasının son çempionu "Mançester Yunayted" qarşılaşacaq.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, oyundan öncə Avropanın iki nəhəng klubunun heyətlərinin qiyməti diqqət cəlb edir. Belə ki, sabah meydana çıxacaq komandaların heyətlərinin ümumi dəyəri 1 milyard 270 milyon 650 min avrodur. Almaniyanın "transfermarkt" saytının məlumatına görə, "kral klubu"nun heyətinin qiyməti 714 milyon 800 min, mankunianların futbolçularının ümumi dəyəri isə 555 milyon 850 min avrodu. "Real"ın heyətində ən bahalı futbolçular Kriştiano Ronaldo (100 milyon avro) və Qaret Beyl (80 milyon avro), "Mançester Yunayted"də isə Pol Poqbadı (75 milyon avro).

Avropa superkuboku uğrunda oyun Bakı vaxtıyla saat 22:45-də başlayacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR