Dünya

Gəlinin qardaşı bacısını və bəyi nikah zamanı öldürüb

  • 08 Aug 2017
  • 276 baxış

Pakistanda daha bir namus cinayəti baş verib.

XalqTV.com  oxu.az-a istinadən bildirir ki, gəlinin qardaşı bacısı və bəyi nikah qeydiyyatı zamanı güllələyib.

22 yaşlı qızın ailəsi onun ərə getməsinə qarşı olub, bu səbəbdən gənc qız sevgilisinə qoşularaq qaçıb. Hadisədən bir neçə gün sonra cütlük nikahlarını qeydiyyata salmaq istəyəndə qızın qardaşı bu barədə xəbər tutub.

Məhkəmə zalına gələn gənc gəlin, bəyi və vəkili güllələyib. Qız hadisə yerində ölüb, bəy isə xəstəxanaya yolda dünyasını dəyişib.

Hadisədən sonra qatil polisə təslim olub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR