SAĞLAMLIQ

Yeni qurğu orqanları bir toxunuşla müalicə edir

  • 09 Aug 2017
  • 281 baxış

Amerika tədqiqatçıları pasiyentin bədənində sinir lifləri və qan damarlarından bütöv orqanlara qədər hüceyrələrin istənilən növünü yaratmağa imkan verən "Tissue Nanotransfection" (TNT) adlı yeni texnologiyanı təqdim ediblər.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, Ohayo Dövlət Universitetinin alimləri əzaları zədələnmiş siçan və donuzlar üzərində təcrübələr aparıblar. Sınaq zamanı damar hüceyrələrinin funksiyasını yerinə yetirmək məqsədilə dəri hüceyrələri yenidən proqramlaşdırılıb. İki həftə davam edən sınağın sonunda heyvanların əzalarında olan qan damarları düzgün fəaliyyət göstərməyə başlayıb.

Tədqiqatçılardan Çandan Sen bildirib ki, dəri bütün toxuma və orqanlar üçün elementlər mənbəyi ola bilər. Hüceyrələrin çevrilməsi prosesi cəmi bir saniyəyə baş verir. TNT ikikomponentli texnologiyadan ibarətdir. Bioloji "konverter" dəri hüceyrəsindən istənilən digər hüceyrəni yaradaraq onu nanoçipin köməyi ilə orqanizmə çatdırır.

Qurğu hüceyrələrin çevrilməsi prosesini 98 faiz müvəffəqiyyətlə həyata keçirib. Yeni hüceyrələr pasiyent tərəfindən hiss olunmayan zəif elektrik enerjisi sayəsində tətbiq edilir. Alimlər 2018-ci ildə texnologiyanı insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO