SAĞLAMLIQ

Meşəgilasının tibbi faydası

  • 10 Aug 2017
  • 315 baxış

Meşəgilası hündürlüyü 2 metrdən 10 metrədək olan kol və ya ağac bitkisidir. Onun yaşlı gövdə və budaqlarının qabığı qəhvəyi rəngdədir, üzərində qara-boz rəngdə mərcilər yerləşir. Mayda çiçək açır, avqust-sentyabr aylarında meyvələri yetişir.

Meşə gilasının oduncağı çox qiymətlidir və yaxşı hamarlandığına görə xarratlar ondan müxtəlif mebel avadanlığı hazırlayırlar. Ağacın qabığından isə yaşıl boyanın hazırlanmasında istifadə olunur.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">AZƏRTAC-a istinadən bildirir ki, vaxtilə Şah Süleyman Səfəvinin saray həkimi olmuş Məhəmməd Mömin yazırdı: "Gilas orqanizmdə tez həzm olur, qəbizlik zamanı faydalıdır. O, həmçinin öskürəyə kömək edir. Gilas adamı tez doyurur və iştahanı qaçırır. Ona görə də arıqlamaq istəyənlərə nahardan əvvəl gilas yemək məsləhət görülür. Şəkər xəstəliyinə düçar olanlar üçün gilas üzümdən daha çox faydalıdır. Həmin meyvələri tox vəziyyətdə yemək olmaz. Gilasın saplağını dəmləyərək sidikqovucu vasitə kimi içirlər. Meyvənin tumlarını üyüdərək dərini yumşaldan və üzün rəngini yaxşılaşdıran maska hazırlanır".

Xalq təbabətində meşəgilasının meyvə, çiçək və yarpaqları, cavan gövdə və budaqlarının qabığından istifadə olunur. Meyvələrindən hazırlanan mors və ya kiselin qəbul edilməsi ishal və mədə-bağırsaq traktının pozğunluqlarında təyin edilir. Meyvə və çiçəklərinin dəmləməsi gözün selikli qişasının iltihabi xəstəliklərinin müalicəsində islatma dərmanı kimi tətbiq edilir. Cavan gövdə və budaqlarının qabığının bişirməsi tərqovucu vasitə kimi, dəmləməsi isə revmatizm əleyhinə faydalı təsir göstərir.

Tərdən baş verən bişməcə, ekzema və ayaqlarda rast gəlinən göbələk xəstəliklərində meşəgilasının yarpaqlarından bişirmə hazırlayıb qəbul edilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO