Dünya

Bakı-2017: 4 qadın paracüdoçumuz da finala yüksəldi

  • 13 May 2017
  • 237 baxış

Bakıda IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışları keçirilir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, qadınların yarışında yarımfinalda 70 kiloqram çəkidə mübarizə aparan təmsilçilərimiz Ramilə Kaştayeva özbək idmançı Gülruh Rahimovanı, Turanə Ağayeva isə türkiyəli Aytən Özyürükü məğlub ediblər.

57 kq çəkidə yarışan digər paracüdoçularımız - Afaq Sultanova və Sevda Vəliyeva da Türkiyə və Özbəkistandan olan rəqiblərindən üstün olublar.

Beləliklə, hər 4 təmsilçimiz finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR