Dünya

Çinin üç ən böyük sosial media platforması barədə təhqiqat başlayıb

  • 11 Aug 2017
  • 289 baxış

Çinin üç ən böyük sosial media platforması olan "Wechat", "Weibo" və "Tieba" barədə təhqiqat başlayıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb həmin platformaların milli təhlükəsizliyi, ictimai asayişi təhdid edən mövzuları paylaşmasıdır.

Çində bu ilin ikinci rübündə milli təhlükəsizliyi təhdid edən, insanları şiddətə təşviq edən və əsassız söz-söhbətlər yayaraq cəmiyyətdə narahatlığa səbəb olan 3 min 918 internet saytı bağlanılıb.

"Youtube", "Facebook", "Instagram" və "Twitter" kimi beynəlxalq şəbəkələrin istifadəsinin qadağan olunduğu Çində "Sina", "Youku" və "Wechat" kimi proqramlar istifadə edilir.

Ölkədə sosial şəbəkələrin təxminən 800 milyon istifadəçisi var.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR