Dünya

Pekin aeroportunda 268 reysi təxirə salındı - SƏBƏB

  • 12 Aug 2017
  • 577 baxış

Pekinin "Şoudu" beynəlxalq aeroportu 268 reysi təxirə salıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu qərar ölkədə hökm sürən güclü qasırğa səbəbi ilə qəbul olunub.

Səhər saatlarına planlaşdırılmış 598 reysdən cəmi 248-i həyata keçirilib. Təxirə salınan reyslərin daha çox daxili reyslər olduğu bildirilir.

Qeyd edək ki, ölkə ərazisində hökm sürən güclü qasırğa 5 nəfərin də həyatına son qoyub. Qasırğanın bir çox rayonlara ciddi ziyan vurduğu, fərdi evlərin dağıldığı da bildirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR