Dünya
Çində zəlzələ nəticəsində ölənlərin sayı 25-ə çatdı
Çinin Sıçuan əyalətində baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb, 493 nəfər xəsarət alıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, həlak olan 25 nəfərin 21-nin kimliyi məlum olub, 4 nəfərin isə kimliyi araşdırılır.
Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ Çinin Sıçuan əyalətində avqustun 8-i yerli vaxtla saat 21:19-da baş verib.
XalqTV.com
RƏYLƏR