Dünya

Nepalda təbii fəlakət qurbanlarının sayı 40 nəfərə çatıb - YENİLƏNİB

  • 13 Aug 2017
  • 241 baxış

14:46

Nepalda leysan yağışlarla əlaqədar  baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə "France-Presse" agentliyi Nepal Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
 
Bundan əvvəl təbii fəlakət nəticəsində 30 nəfərin öldüyü bildirilib. 

---------

09:09

Nepalda son sutka ərzində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 30 nəfər  ölüb.  

APA-nın "TASS"a istinadən verdiyi xəbərə  görə, təbii fəlakət ölkəyə ciddi maddi ziyan vurub.  

Məktəb və inzibati binalarda evsiz qalan sakinlər üçün müvəqqəti sığınacaqlar yaradılıb. Hərbçi, polis və sakinlərdən ibarət xilasedici dəstələr yaradılıb.

Daşqınlar Biratnaqar hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR