idman
Vüqar Nadirovdan tarixi qol
Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Nadirov adını "Səbail"in tarixinə yazdırıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu klubun Premyer Liqada ilk qoluna müəlliflik edib.
Belə ki, I tur çərçivəsində keçirilən "Zirə" - "Səbail" qarşılaşması 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Qonaqların yeganə topuna isə Nadirov imza atıb. O, 43-cü dəqiqədə debütantı ümidləndirsə də, komanda mövsümə məğlubiyyətlə başlayıb.
XalqTV.com
RƏYLƏR








