Dünya

Peruda güclü zəlzələ baş verib

  • 13 Aug 2017
  • 238 baxış

Perunun mərkəzi bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, yeraltı təkanların episentri Satipo şəhərindən 62 km şimalda, ocağı isə 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Bir sıra yaşayış məntəqələrində telefon rabitəsi pozulub.
 
Qeyd edək ki, avqustun 11-də Perunun cənubunda baş verən zəlzələ nəticəsində bir nəfər həyatını itirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR