Dünya

KİV: Böyük Britaniya kraliçası taxt-tacından imtina etmək niyyətindədir

  • 14 Aug 2017
  • 258 baxış

Böyük Britaniya kraliçası II Elizabet oğlu şahzadə Çarlzın xeyrinə taxt-tacdan imtina etmək niyyətindədir.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə "The Mirror" qəzeti yazıb.

Məlumata əsasən, kraliça dörd ildən sonra, yaşı 95-ə çatdıqda taxt-tacından imtina edəcək. Zəruri sənədlərin hazırlanması üçün prosedurun artıq başlandığı qeyd olunur.
 
"Kraliça II Elizabet əmin olmaq istəyir ki, zaman gəldikdə məsələ insidentsiz həll olunacaq", deyə məlumatlı mənbə qəzetə bildirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR