Dünya
Dünyada ilk dəfə: dronla səmaya qalxdı, atıldı - VİDEO - FOTO
Latviyalı ekstremal idmançı və paraşütçü İnqus Auqstkalns dünyada ilk dəfə olaraq drondan atılıb.
XalqTV.com Delfi-yə istinadən bildirir ki, tryuk dünən Latviyanın Amat əyalətində gerçəkləşdirilib.
Auqstkalns 120 metr hündürlüyü olan telekommunikasiya qülləsinə dırmaşıb, sonra da qülləyə yaxınlaşmış drona bərkidilmiş dəmirdən yapışıb. Kvadrokopter 330 metr yüksəkliyə qalxanda isə paraşütçü əllərini buraxıb və aşağı düşməyə başlayıb.
"Aerones" şirkətinin hazırladığı, 28 mühərriki olan bu dron 200 kq-a qədər yük daşıya bilir. Unikal drondan xilasetmə işlərində, yanğınların söndürülməsin, habelə idman və əyləncə məqsədilə istifadə oluna biləcəyi vurğulanır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR