idman

"Qarabağ"ın rəqibi ciddi itki ilə üzləşdi

  • 14 Aug 2017
  • 263 baxış

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq Danimarkanın "Kopenhagen" klubu ciddi itki ilə üzləşib.

XalqTV.com komanda.az-a istinadən bildirir ki, paytaxt təmsilçisi ölkə çempionatının son turunda "Horsens"lə ev oyununda (1:1) zədələnən Erik Yohanssonun xidmətindən məhrum olub. Ağır zədə alan futbolçu matçın 74-cü dəqiqəsində əvəzlənmişdi. Artıq tibbi müayinədən keçən mərkəz müdafiəçisinin uzun müddət komandasına kömək edə bilməyəcəyi dəqiqləşib. Yohanssonun "Qarabağ"la görüşlərdə də meydana çıxmayacağı dəqiqdi.

"Qarabağ"la "Kopenhagen" arasında ilk oyun avqustun 15-də Bakıda, cavab matçı isə avqustun 23-də Danimarkada keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-5720-qarabagin-reqibi-ciddi-itki-ile-uzleshdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11