İqtisadiyyat

Rusiya Azərbaycanın hava məkanından keçməklə yük daşıyacaq

  • 14 Aug 2017
  • 272 baxış

Rusiyanın "AirBridgeCargo" yük aviaşirkəti Moskva-Bakı-Honq Konq marşrutu üzrə Bakı-Honq Konq məkanından keçmək hüququ ilə yükdaşıma icazəsi alıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, "AirBridgeCargo" aviaşirkəti həftədə dörd dəfə olmaqla Moskva-Bakı-Honq Konq marşrutu üzrə yükdaşımalar həyata keçirəcək.

Qeyd edək ki, "AirBridgeCargo" aviaşirkəti 2004-cü ildə yaradılıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR