idman

Danimarkada yaşayan İraq türkmanlarından "Qarabağ" klubuna dəstək

  • 14 Aug 2017
  • 261 baxış

Danimarkada fəaliyyət göstərən İraq Türkmanları Mədəniyyət Mərkəzi avqustun 23-də Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"lə qarşılaşacaq "Qarabağ" klubuna dəstək verəcəyini açıqlayıb.

XalqTV.com xəbər verir ki, bu barədə məlumatı diaspor fəalı Elnur Eltürk verib. Onun sözlərinə görə, mərkəzin sədri Sadullah Hamid "Qarabağ"ın oyununu səbrsizliklə gözlədiyini qeyd edib: "Bu gün Danimarkada 2000-ə yaxın İraq türkməni yaşayır. Demək olar ki, hamısı 23 avqustda baş tutacaq qarşılaşmadan məlumatlıdırlar. "Qarabağ"ın beynəlxalq arenada uğurları İraq türkmanlarını sevindirir və onları xüsusi sitmul verir. Azərbaycanın uğuru, bizim uğurumuzdur. Bundan sevinməmək və qürurlanmamaq mümkün deyil. Özümüz sona qədər "Qarabağ"a dəstək üçün orada olacağıq. İnanıram "Qarabağ" meydandan qalib kimi ayırılıb, bizləri sevindirəcək".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-5743-danimarkada-yashayan-iraq-turkmanlarindan-qarabag-klubuna-destek..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11