Dünya

Malidə BMT missiyalarına silahlı hücum olub, ölənlər var

  • 14 Aug 2017
  • 321 baxış

Malidə BMT-nin missiyaları silahlı hücuma məruz qalıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib.

Onun sözlərinə görə, avqustun 14-də Malinin mərkəzində naməlum silahlılar missiyanın düşərgəsinə hücum edib. Nəticədə bir missiya əməkdaşı və bir BMT sülhməramlısı ölüb, iki silahlı məhv edilib. Bir neçə saatdan sonra isə BMT-nin Timbuktudakı missiyasına hücum edilib. F.Haq orada atışmanın davam etdiyini bildirib.  
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-5750-malide-bmt-missiyalarina-silahli-hucum-olub--olenler-var..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11