Dəhşətli qətlin sirrini "38" ölçülü ayaqqabı ilə açmağa çalışacaqlar - VİDEO
İzmirdə ötən gün gecə saatlarında ərazidən keçən vətəndaşlar tərəfindən bir cəsəd tapılıb.
XalqTV.com Haberler-ə istinadən xəbər verir ki, məlum olub ki, cəsəd başına sərt bir alətlə vurularaq öldürülmüş 30-35 yaşlı qadına məxsusdur. Qorxunc qətl hadisəsi cəsədin yanında tapılan "38" ölçülü parlak gümüşü rəngli ayaqqabı ilə araşdırılacaq.
Cəsədə ilk baxış zamanı vücudunda zorakılıq izlərinə rast gəlinib. Üzərindən kimliyini təsdiq edən sənəd çıxmayan qadının barmaq izindən də şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Gənc qadının təxminən 15-20 gün öncə başqa yerdə öldürülüb, avtomobillə yol kənarına atıldığı məlum olub.
Cəsədin yanında tapılan "38" ölçülü ayaqqabı hazırda istintaq qrupunun əlində olan yeganə dəlildir.
Araşdırma aparılır.
Məhəmməd Vaqif
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" ya="" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində