"Azərbaycan Xüsusi Xidmət Orqanları regional tərəfdaşları ilə əlaqələrini gücləndirməlidir"
XalqTV.com Yaxın Şərq məsələləri üzrə məşhur britaniyalı ekspert Alam Saiehin Day.Az-a eksklüziv müsahibəni təqdim edir.
- Böyük Britaniyanın Yaxın Şərqlə bağlı siyasətini, eləcə də onun beynəlxalq arenaya təsirini necə qiymətləndirirsiniz? Əvvəlki onilliklərlə müqayisədə hazırda bu mənada nə dəyişib?
- Böyük Britaniyanın Yaxın Şərqlə bağlı xarici siyasəti dəyişir, o, heç vaxt unitar olmayıb. Keçmişdə, Soyuq müharibə şəraitində Böyük Britaniya ilk növbədə regionda Sovetlər Birliyinə təsiri saxlayırdı, həmçinin enerji ehtiyatlarına və ona yaxın neft ixracatçılarına yüngül girişə malik idi.
Lakin hazırda Böyük Britaniyanın prinsipial maraqlarını təmsil edən aparıcı məsələlərə təhlükəsizlik, fundamentallığın artımı və terror təhlükələri aiddir. Belə deyək ki, Ərəb baharı regiona ciddi təsir göstərdi. Nəticədə Avropa da daxil olmaqla qonşu regionlarda da bu, ciddi problemə çevrildi.
Beləliklə, Yaxın Şərqin təhlükəsizliklə bağlı məsələlərinə səthi də olsa Avropa təhlükəsizliyi kimi baxılır. Həm də bu fakt sosial təhlükəsizlik baxımından xüsusilə vacibdir. Belə ki, hər il Yaxın Şərqdən olan minlərlə miqrant Avropaya, eləcə də Böyük Brtitaniyaya gəlməyə çalışırılar.
- Birləşmiş Krallıq Suriya və İran istisna olmaqla, regionun bir çox ölkələrini silahla təchiz etməkdə davam edir. Bu, nə ilə bağlıdır?
- Böyük Britaniya çox vaxt və ənənəvi olaraq Yaxın Şərqlə bağlı siyasətini Birləşmiş Ştatların siyasətilə müqayisə edir. Bu gün Yaxın Şərqdə Britaniya və Amerika siyasəti ayırmaq çətindir. Lakin hər şey yaxşı getmədi, müxalifətçi qruplar isə Böyük Britaniya və ABŞ-ın Suriyada məqsədlərini yerinə yetirə bilməyən terrorçu və ya radikallara çevrildilər. Bu, hazırda Rusiya və İranın Suriyada təsirinin güclənməsinə gətirib çıxardı.
ABŞ müsəlman ölklərini parçalamaq, bu regionun həyat üçün vacib resurslarını ələ keçirmək, bütün Şərqi yenidən qurmaq üçün Yaxın Şərq böhranını yaratdı. Lakin amerikalıların beynəlxalq arenada reytinqinin aşağı düşməsi onların tarixi səhvi ilə üst-üstə düşdü. Belə ki, 2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən kənarlaşdırılması regionda güc tarazlığının dəyişməsinə, nəticədə İrana qarşı gerginlijin artmasına səbəb oldu. Bu yol ABŞ-ın regiondakı siyasət və legitimliyinə ciddi təsir etdi. Buş, Obama və Trampın Yaxın Şərq siyasətində rabitəsizliyi ABŞ-ın müttəfiqləri və Ştatların regiondakı rəqibləri arasında mövqeyini daha da sarsıtdı.
Hazırda Rusiya Yaxın Şərqlə bağlı öz siyasətini yürüdərkən, ABŞ-ın regiondakı vəzifəsini çətinləşdirir. Xüsusilə də söhbət Suriya, İran, İraq və ola bilsin ki, Türkiyədən gedəndə.
- Necə düşünürsünüz, Suriya münaqişəsi nə ilə nəticələnəcək?
- Düşünürəm ki, Qərb dövlətləri artıq başa düşdülər ki, Əsəd rejiminə yaxşı alternativ yoxdur və Suriyada vətəndaş müharibəsinin davamı fəlakətə gətirib çıxaracaq. Onlar gec də olsa anladılar ki, Suriya münaqişəsinin həlli siyasi səthdə yerləşir və eləcə də onlar bu uzun və dağıdıcı müharibəyə son qoymaq üçün Rusiyanın sülh təşəbbüslərinə ciddi yanaşmalıdırlar.
- Tehran Lozannada imzalanan nüvə müqaviləsindən imtina etməyə məcbur olarsa, ABŞ İranda hərbi müdaxiləyə qərar verəcəkmi?
- İrana qarşı istənilən hərbi müdaxilə regionda bir neçə onilliklər davam edəcək böyük müdafiəsizliyə gətirib çıxaracaq. Əfqanıstan, İraq və Suriya təcrübəsi aydın göstərdi ki, Yaxın Şərqdəki problemlərin hərbi həlli yoxdur. Qarşılıqlı anlaşma və diplomatik yanaşma İran kimi digər dövlətlərdə çətin məsələlərin həlli üçün daha effektlidir. Hesab edirəm ki, vəziyyətin bu cür anlaşılması amerikalılarda da var.
- Sizcə, Suriya böhranı Yaxın Qafqaz regionu, xüsusilə də Azərbaycan üçün hansı riskləri daşıyır?
- Regionda baş verən amillər əksəriyyəti transmillidir, bu da asanlıqla qonşu dövlətlərə, eləcə də Qafqaza keçə bilər. Nəzərə alsaq ki, Cənubi Qafqazın bir sıra regionları arasında subregional gərginlik var. Eləcə də ABŞ, Rusiya və İran kimi dövlətlərin bu regionlarla bağlı geosiyasi maraqları var. Bu cür riskləri tamamilə istisna etmək olmaz. Buna görə də Qafqazın, xüsusilə də Azərbaycanın Xüsusi Xidmət Orqanları bundan sonra təhlükəsizlik məqsədilə yaxın strateji tərəfdaşları ilə öz fəaliyyət və əlaqələrini ciddi şəkildə əlaqələndirməlidir.
Mətanət Nəsibova
XalqTV.com