Dünya

ABŞ Latın Amerikası ölkələrini KXDR-lə əlaqələri kəsməyə çağırıb

  • 16 Aug 2017
  • 287 baxış

ABŞ Latın Amerikası ölkələrini Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri kəsməyə çağırıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bunu Çilidə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib.

"Ümid edirik ki, Çili, Braziliya, Meksika və Peru bizə qoşularaq Şimali Koreya ilə diplomatik və kommersiya əlaqələrini kəsəcəklər", deyə M.Pens bildirib.
 
Ötən həftə ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-5846-absh-latin-amerikasi-olkelerini-kxdr-le-elaqeleri-kesmeye-cagirib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11