Dünya
600 miqrant xilas edilib
İspaniya sahil mühafizə xidməti sutka ərzində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 600 miqrantı xilas edilib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə sahil mühafizə xidmətinin məlumatında bildirilir.
Məlumata görə, xilas olunan miqrantlar 15 rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd ediblər.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə İspaniyaya 8 min miqrant keçib, 121 nəfər Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib.
XalqTV.com
RƏYLƏR