Dünya

Qarabağda döyüşmüş erməni "general" Raqqada parça-parça oldu

  • 17 Aug 2017
  • 245 baxış

Suriyada, İŞİD-in "paytaxtı" Raqqa uğrunda gedən döyüşlərdə YPG kürd silahlı birləşmələrinin komandiri, "Orxan Bakırçıyan" ləqəbli Nubar Ozanyan öldürülüb.

XalqTV.com virtualaz.org-a istinadən xəbər verir ki, Nubar Ozanyan Türkiyədə fəaliyyəti qadağan olunmuş Kommunist partiyasının liderlərindən biri olub, ötən əsrin 90-cı illərinin əvvəllərində (1991-1992) Qarabağda gedən döyüşlərdə ermənilərin tərəfində iştirak edib.

/>

Terrorçu Ozanyanın neçə vaxtdır Suriyada Türkiyədən gedən PKK tərəfdarlarına təlim keçilməsinə rəhbərlik etdiyi bildirilir, o, qondarma "general" rütbəsinə də malik olub. YPG və PYD kürd birləşmələri PKK-ya bağlıdır, hazırda bu qruplaşmalar İŞİD-ə qarşı döyüşən əsas hərbi gücdür və Amerika tərəfindən dəstəklənir. Bu yaxınlarda Pentaqon YPG və PYD dəstələrinə yüzlərlə TIR dolu silah-sursat verib. Kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri alyansı Raqqaya hücuma keçib və şəhərin bir hissəsini nəzarət altına alaraq İŞİD terror qruplaşması ilə şiddətli döyüşlər aparır.

/>

Kürd mənbələri bildirir ki, Nubar Ozanyan avqustun 14-də artilleriya mərmisinin partlaması nəticəsində "faciəli şəkildə" həlak olub. Onun cəsədi parça-parça olub, bir çox parçaları tapılmayıb. Nubar Ozanyanın öldürülməsi ilə bağlı Avropa ölkələrindəki PKK tərəfdarlarına onun xatirəsini anmaq üçün tədbirlərin təşkil olunması tapşırılıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR