Barselonada terror hücumu: 13 ölü, 20 yaralı - YENİLƏNİB - VİDEO - FOTO
21:54
Barselonada polis mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən sürücünün şəxsiyyəti müəyyənləşib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, terror aktını Drisse Oukabir adlı şəxs törədib.
Terrorçu saatda 80 kilometr sürətlə mikroavtobusu kütlənin üzərinə sürüb.
Xatırladaq ki, terror aktı nəticəsində azı 13 nəfər həlak olub, 56 nəfər yaralanıb.
21:26
İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Cadena SER" radiostansiyası polisə istinadən məlumat yayıb.
"El Pais" nəşri də Kataloniya polisinə istinadən məlumatı təsdiq edir.
Məlumata görə, sürücü insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürüb. Polis əməkdaşları hadisə yerini mühasirəyə alıblar.
****
İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.
Reuters agentliyin məlumatına görə, terror aktı nəticəsində azı 13 nəfər ölüb.
Ən az 20 nəfərin xəsarət aldığı bildirilir.
Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.
Sürücü hadisə yerindən qaçıb.
Polis hadisəni terror aktı kimi dəyərləndirir.
****
İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 13 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.
Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.
İspaniya polisi hadisənin terror aktı olduğunu bildirib.
20:08
İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.
Ən az 20 nəfərin xəsarət aldığı bildirilir.
Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.
Sürücü hadisə yerindən qaçıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />